`Qarabağ`ın oyununa bilet almaq istəyənlərin nəzərinə


01:22     06 Dekabr 2016 qarabag201507199.jpg

Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İtaliya "Fiorentina"sı arasında keçiriləcək oyuna 5 000 bilet satılıb.


Femida.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün 31 min bilet satışa çıxarılıb. Biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündür.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1 manat, 2 manat, 5 manat, 10 manat və 20 manatdır. VİP sektorlar üçün biletlərin qiyməti 50 manatdır.

Xatırladaq ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.

Açar sözlər:

Oxunub: 1951